DİM: Mayın 7-də keçirilən qəbul imtahanlarına görə Apelyasiya Komissiyası yaradılıb

12:16 - 8 May 2017 - ÖLKƏ İÇİ

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 7-də I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Bu barədə DİM-in mətbuat xidmətindən məlumat verilib. Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Abituriyentlər Apelyasiya Komissiyasına mayın 8-dən 10-dək saat 10-dan 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Qeyd edək ki, Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş verən digər hallarla bağlı müraciətlərə baxılmır.

Xəbər xətti