Elza Seyidcahandan yeni şeir: “Gəl mənimlə məzələn”

10:52 - 4 May 2017 - MAQAZİN

Ucnoqta.az Kulis.az-a istinadən Elza Seyidcahanın “Məzələn” adlı yeni şeirini təqdim edir.

 
Yorğun olanda mənimlə
Məzələn.
Soy əynini, soy ruhunu
Təzələn
Oradan bura, buradan ora
Sərələn.
Mənə de ki,
Dağ qoynumda
Təpələn
Ağuşumda körpələn
Gəldiyin yollara
Güllər səpərəm
Saçlarınla dəniz təki
Ləpələn.
De ki, mənə
Başdan-ayağa mən sənin üçün
Qəzələm.
Yaralanaram.
De ki, de ki,
Nərə çəkərəm,
Ay çəkərəm, ox çəkərəm,
Off çəkərəm, uff çəkərəm.
Məzələnməsəm, təzələnmərəm.
Yer olmasa,
vaxt olmasa,
heç olmasa
yorğun könlüm
xoş olmasa
demə mənə
mən sevgimi
kəsərəm.
Bu yoldan mən
Küsərəm.
Bil ki, canım
mən ölərəm, itərəm.
Sevgi yoxsa,
Arxayın ol
Gəl mənimlə
məzəli-məzəli
məzələn
təzələn.

Xəbər xətti