Daşkəsən polisi mənşəyi məlum olmayan 1 ton ət aşkarlayıb

11:55 - 27 Aprel 2017 - Xəbər

 Daşkəsən rayonunda polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı 1 tondan çox mənşəyi məlum olmayan ət aşkarlanıb. Ucnoqta.az xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsindən (RPŞ) "Report"a verilən məlumata görə, Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Nafiq Əliyevin idarə etdiyi "Hyundai" markalı yük avtomobilinə baxış keçirilən zaman oradan bir tondan çox mənşəyi məlum olmayan ət aşkarlanıb. 
Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən ətdən nümünə götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Polis tərəfindən dindirilən N.Əliyev ifadəsində əti rayonun Quşçu kəndində fəaliyyət göstərən ət-kəsim emalı fabrikinə apardığını bildirib.
Faktla bağlı Daşkəsən RPŞ-da araşdırma aparılır.

Xəbər xətti