Bakıda iki nəfəri güllələməkdə şübhəli bilinən şəxslər saxlanılıb

11:10 - 22 Aprel 2017 - Xəbər

Bakıda iki nəfəri güllələməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, aprelin 19-da Səbail rayonu ərazisində Şamaxı rayon sakini Ələddin Bağırov və Bakı şəhər sakini Firuddin İsmayılov ayaqlarından aldıqları qırma yaraları ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə  şübhəli bilinən paytaxt sakinləri Soltan Turabov, Aqil Seyidəliyev və İbrahim Əsədzadə tutulublar.

 

Xəbər xətti