Minik maşını aşdı: iki nəfər yaralanıb - Bakı-Şamaxı yolunda

11:16 - 17 Aprel 2017 - HADİSƏ

Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil yol ayrıcına çırpılaraq aşıb. Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişin ətrafdakıların köməkliyi ilə çıxarılaraq "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Xəbər xətti