"Bakcell" abunəçiləri üçün yeni tarif təqdim edib

01:09 - 12 Aprel 2017 - ÖLKƏ İÇİ

Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti abunəçiləri üçün "YeniDoğma" tarifini təqdim edib. Şirkətdən bildirilib ki, yeni tarifin istifadəçiləri şəbəkədaxili zənglərin 3-cü dəqiqəsindən sonra pulsuz danışacaqlar. Zənglərin ilk 3 dəqiqəsi zamanı isə bir dəqiqənin qiyməti 4 qəpik təşkil edir. Eyni zamanda, ölkədaxili digər zənglərin bir dəqiqəsinin qiyməti də 4 qəpik təşkil edir.

Yeni tarifdən faydalanmaq üçün *138#5#YES kodunu yığmaq və ya "YeniDoğma" tarifində olan yeni nömrə almaq yetərlidir. Bütün "Cin" və "Klass" tarifinin istifadəçiləri bu təklifdən yararlana bilərlər.
Qeyd edək ki, pulsuz şəbəkədaxili danışıqlar zəngin 4-cü dəqiqəsindən 30-cu dəqiqəsinə qədər təqdim olunur və bu müddət bitdikdən sonra pulsuz danışığa davam etmək üçün abunəçinin balansından növbəti 3 dəqiqə zamanı vəsait çıxılır. Qiymətlər Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron yarımadasından kənar bölgələrdə qüvvədədir.

Xəbər xətti