"AA" seriyalı avtomobil "KamAZ"a çırpıldı – 1 ölü, 1 yaralı

14:22 - 10 Aprel 2017 - HADİSƏ

Hacıqabul-Horadiz yolunda ağır yol qəzası baş verib. Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, yolun 18-ci kilometrliyində - Sabirabad rayonu ərazisində "VAZ 21 05" markalı, 10 AA 237 dövlət nömrə nişanlı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 35 yaşlı kişi ölüb, digər şəxs isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti