Oğurlanmış avtomobili tapıldı - Gəncədə

14:17 - 10 Aprel 2017 - HADİSƏ

Aprelin 8-də Xırdalan şəhər sakini Asif Kərimli Abşeron Rayon Polis İdarəsinə müraciət edərək bir gün əvvəl özünü Rahib Salmanov kimi təqdim edən şəxs tərəfindən aldadılaraq "Chevrolet" markalı avtomobilinin alındığını bildirib. Ucnoqta.az-ın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən avtomobilin Gəncə şəhəri ərazisində hərəkətdə olması müəyyən edilib. Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avtomobil saxlanılaraq hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Vüsal Məmmədovla birgə Nizami (Gəncə) RPİ-yə təhvil verilib. 

Xəbər xətti