Misirdə partlayış: 15 ölü, 50 yaralı

13:15 - 9 Aprel 2017 - DÜNYA

Misirin Tanta şəhərində kilsə yaxınlığında partlayış baş verib. Partlayış zamanı 15 nəfər ölüb, 50 nəfərdən çox adam xəsarət alıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən partlayış Misirin Qarbiyə əyalətində Tanta şəhərində "Maq Qirqis" kilsəsində baş verib.
Qeyd edək ki, son məlumata əsasən Tanta şəhərinə ikinci partlayış baş verib.

Xəbər xətti