Bakıda avtomobil qadını vurub

08:52 - 8 Aprel 2017 - HADİSƏ

Bakının Xəzər rayonunun Zirə qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, qəsəbənin "parnik yolu" kimi tanınan ərazisində yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Abdullayeva Səadət Fəxrəddin qızını minik maşını vurub. Hadisəni törədən şəxs yaralını xəstəxanaya aparıb. Həkimlərin sözlərinə görə, qadın bədən nahiyəsindən çoxsaylı sınıq xəsarətləri alıb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti