Kanadalı cütlük 3-cü dəfə lotereya udaraq milyoner oldular

14:26 - 6 Aprel 2017 - MARAQLI

Kanadanın Edmonton şəhərindən olan Barbara və Douglas Fink birgə həyatları ərzində 3-cü dəfə lotereya udublar. Sonuncu uduş cütlük üçün daha böyük olaraq 8,2 milyon Kanada dolları (6,1 ABŞ dolları) təşkil edib. Buna qədər cütlük 1989-cu ildə 128 min, 2010-cu ildə 100 min Kanada dolları udublar. O zaman cütlük 128 min dolları 4 dost arasında bölüb.

"BBC" xəbər verir ki, Western Kanada Lottery şirkəti tərəfindən yayılan press-relizdə bildirilir ki, cütlük tərəfindən udulan bu pul şirkət tərəfindən oynanılan ən böyük məbləğdir. Fink cütlüyündən savayı yalnız bir nəfər lotereya biletinin 6 nömrəsini düzgün tapıb. Ər-Arvad artıq udulan məbləği nəyə xərcləyəcəklərini müəyyən ediblər. "Ailə hər şeydən əvvəl gəlir. Biz qızlarımız və nəvələrimizin ehtiyaclarını təmin etmək istəyirik",- deyə Barbara Fink lotereya təşkilatçılarına bildirib. Barbaranın həyat yoldaşı Douglas Fink isə səyahət etmək istədiklərini və yeni ev almağı düşündüklərini söyləyib: "Barbara yeni ev arzulayır və o bu evə sahib olacaq". Barbara Fink uduşunu bildiyi zaman şəhərdən kənarda işləyən ərinə zəng edib. Douglas işilə bağlı telefon zənginə dərhal cavab verməyib. Lakin 5 dəqiqə sonra ərilə danışmaga nail olan Barbara "Mən bunu yenə bacardım" deyə qışqırıb. 

Xəbər xətti