Yer kürəsində mövcud olan bütün ağac növlərinin sayı bilindi

11:23 - 6 Aprel 2017 - MARAQLI

Yer kürəsində 60 min növ ağac mövcuddur. Trend-in məlumatına görə bu, Bitkilərin mühafizəsi üzrə botanika bağları Beynəlxalq Şurasının (Böyük Britaniya) tədqiqatı nəticəsində məlum olub. Qeyd olunur ki, ən çox ağac növü Braziliyada bitir. Bu ölkədə 8715 növ ağac mövcuddur. Şimali Amerikanın Arktika regionunda isə 1400 növ ağac var. Bu, regionlar arasında ən kiçik göstəricidir. Ağac növlərinin 58 faizi yalnız bir ölkə ərazisində bitir. Alimlərin fikrincə, bu amil ağacların mövcudluğu üçün həm hava şəraiti, həm də insan fəaliyyəti ilə əlaqədar təhlükə törədir. 300-ə yaxın ağac növü isə məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Xəbər xətti