65 min fanatın qarşısında rinqdə romantik anlar - VİDEO

11:38 - 3 Aprel 2017 - MARAQLI

Amerikanın məşhur güləşçisi John Cena rinqdə, 65 min izləyicinin qarşısında sevgilisi, amerikalı güləşçi Nikki Bellaya evlilik təklifi edib. Milli.Az bildirir ki, "WWE"nin əfsanəsi, 39 yaşlı idmançı Orlandodakı qələbəsindən sonra ulduz qadın güləşçiyə romantik təklif edə bilib. Cena 65 min izləyicinin qarşısında diz çökərək Nikkiyə üzüyü göstərib və "mənimlə evlənərsən?" sualını verib. Ani təkliflə qarşılaşan Nikki təəccübünü gizlədə bilməyib. Onun həyəcandan dili tutulub. Nikki "hə" cavabı verdikdən sonra onlar rinqdə öpüşüblər.

 

Xəbər xətti