Tovuzda mikroavtobus “JEEP”lə toqquşub

10:01 - 27 Mart 2017 - HADİSƏ

Tovuz rayonunda mikroavtobus minik avtomobili ilə toqquşub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonu, Aşağı Quşçu kəndində “SETRA” markalı mikroavtobus ilə “JEEP” markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 00:25-də başa çatıb.

Xəbər xətti