Türkiyədə 19 PKK terrorçusu zərərsizləşdirilib

18:56 - 26 Mart 2017 - DÜNYA

Türkiyənin təhlükəsizlik qüvvələri cənub-şərq əyaləti Hakkaridə hərbi obyektlərə hücumlar planlaşdıran 19 PKK terrorçusunu zərərsizləşdiriblər. Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı məlumat yayıb.
Əməliyyatı dünən havadan verilən dəstək ilə Yüksekova rayonunda təhlükəsizlik qüvvələri tərəfindən keçirilib. Terrorçuların 2 zenit-raket kompleksi ələ keçirilib.
Bundan əlavə, Türkiyə HHQ-i İraqın şimalında Metina, Zap, Avaşin-Basyan, Qandil və Hakurk rayonlarına hava zərbələri endiriblər. Hava zərbələri nəticəsində terrorçuların 16 obyekti məhv edilib və 8 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Xəbər xətti