Prezident İlham Əliyev banqladeşli həmkarını təbrik edib

18:22 - 25 Mart 2017 - Xəbər

Azərbaycan prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Əbdül Həmidə Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Xəbər xətti