Rusiyanın "Eurovision" təmsilçisi Ukraynaya buraxılmayacaq

20:06 - 22 Mart 2017 - MARAQLI

Ukraynanın təhlükəsizlik xidməti Rusiyanın "Eurovision" təmsilçisinin ölkəyə buraxılmaması barədə qərar qəbul edib.

Ucnoqta.Az axşam.az-a istinadən bildirir ki, Yuliya Samoylova üç il ərzində Ukraynaya daxil ola bilməz. Buna səbəb isə ifaçının Ukrayna qanunvericiliyinə zidd olaraq 2015-ci ildə bir festival çərçivəsində Krıma səfər etməsidir.

 

Əlil olması ilə diqqət çəkən Yuliya Rusiyanın işğal etdiyi Ukrayna ərazisinə getdiyi üçün ölkənin "qara siyahı"sındadır.

 

Qeyd edək ki, "Eurovision"un finalı mayın 13-də baş tutacaq.

Xəbər xətti