Ronaldo ilin ən yaxşı oyunçusu seçilib- Portuqaliyada

10:52 - 21 Mart 2017 - İDMAN

Portuqaliya Futbol Federasiyası ölkədə ilin ən yaxşı futbolçusu və məşqçisini seçib. Yığmanın hücumçusu Kriştiano Ronaldo ötən ilin ən yaxşı oyunçusu seçilib. O, ötən il "Real"la Çempionlar Liqasının kubokunu udub, milli ilə Avropa çempionu olub.
Ən yaxşı məşqçi adına Portuqaliya yığmasının çalışdırıcısı Fernandu Santuş layiq görülüb. O, ötən il komandası ilə Avropa çempionatının qalibi olub.qol.az

Xəbər xətti