Bərdədə ev yanıb

09:20 - 18 Mart 2017 - HADİSƏ

Bərdə rayonu, Yeni Əyricə kəndində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş xəbərə görə, Bərdə rayonu, Yeni Əyricə kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 120 m² sahədə və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti