Mourinyodan qəribə hərəkət- FOTO+VİDEO

16:44 - 17 Mart 2017 - İDMAN

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo oyun zamanı tamaşaçıları heyrətləndirib. Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, dünən Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında İngiltərədə Rusiya “Rostov”unu qəbul edən “Mançester Yunayted”in baş məşqçisi maraqlı addım atıb.
 Belə ki, baş məşqçi oyun zamanı acdığını deyən  futbolçusu Marcos Roxoya banan soyub verib. 

 Qeyd edək ki, qarşılaşma 1-0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. “Mançester Yunayted” bu nəticə ilə  Avropa Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb. 

Xəbər xətti