Avtomobildən külli miqdarda siqaret aşkar olundu

11:17 - 16 Mart 2017 - HADİSƏ

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Nazlifan LF7132/2-320" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön və arxa buferlərinin altından, yük yerinin qabağında xüsusi düzəldilən yerdən və salonundan gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 6300 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti