Yük və minik avtomobilləri toqquşdu - Gəncə-Samux yolunda

15:48 - 15 Mart 2017 - HADİSƏ

Gəncə-Samux avtomobil yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Goranboy rayon sakini Nağı Tanrıverdiyevin idarə etdiyi “VAZ 2106” avtomobil və Qaradağ rayon sakini Murad Bədəlovun idarə etdiyi “Mercedes” markalı yük maşını toqquşub. Minik maşınında olan bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti