Lavrov: "Heç bir münaqişə ABŞ-ın iştirakı olmadan həll edilə bilməz"

15:05 - 9 Mart 2017 - DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın münaqişələrin həllində rolunu şərh edib.APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, S. Lavrov almaniyalı həmkarı Ziqmar Qabriellə görüşün yekunlarına dair bildirib ki, heç bir münaqişə ABŞ-ın iştirakı olmadan həll edilə bilməz.
"Praktiki olaraq, ABŞ-ın iştirakı olmadan həll edilə biləcək heç bir münaqişə yoxdur", - deyə rusiyalı nazir qeyd edib.

Xəbər xətti