Avtomobil kanala düşüb sürücü ölüb - Şəmkirdə

13:01 - 6 Mart 2017 - HADİSƏ

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun seyfəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Fəxrəddin Abbasov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili kanala aşırıb. Hadisə nəticəsində sürücü F.Abbasov ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Xəbər xətti