Ana səhifə
15 Dekabr 2018

Elbəy Qasımzadə: "Təklif edirlər ki, Müşfiqin abidəsini böyük meydanda qoyaq"

“Layihədə abadlıq işlərinin görülməsi, Mikayıl Müşfiqin abidəsinin harada yerləşməsi, necə olacağı müəyyənləşməyib”. APA-nın məlumatına görə, bunu Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə deyib.
O bildirib ki, şairin abidəsi müvafiq qanunvericiliyə uyğun olmayaraq aidiyyatı dövlət orqanına məlumat verilmədən götürülüb: “Bu, əlbəttə, yolverilməz hərəkətdir. Baxın, ətrafda yeni binalar tikilir, şəhərimiz gözəlləşir, yol tikintisi aparılır. Bu, vacib işlərdir. Amma quruculuq işləri həyata keçirilərkən hərtərəfli düşünülməli, müvafiq orqanlara məlumat verilməli, onların fikri öyrənilməli və bundan sonra düzgün qərar verilməlidir. Burada icra olunan iş üçün yalnız yolun layihəsi var. Amma layihədə abadlıq işlərinin görülməsi, heykəlin harada yerləşməsi, necə olacağı müəyyənləşməyib. Bizə təklif edirlər ki, qarşıda böyük meydan yaranıb, heykəl həmin meydanın ortasında qoyulsun. Bu, ola bilməz. Abidənin miqyası böyük olmadığına görə kiçik bağçada yerləşməlidir. Mən məsləhət gördüm ki, abidə həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunsun”. 

 
Qeyd edək ki, Mikayıl Müşfiqin 1970-ci ildə qırmızı qranitdən hazırlanan abidəsinin müəllifi əməkdar rəssam Münəvvər Rzayevadır.  

Tarix
1 Mart 2017 [15:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin