Məleykə Abbaszadə: “Qəbul imtahanlarının ödənişsiz formasından 70 min abituriyent istifadə edəcək”

12:06 - 28 Fevral 2017 - ÖLKƏ İÇİ

"Prezidentin “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı 70 min gənci əhatə edəcək”.Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.Onun sözlərinə görə, bu il sənəd verənlərin sayında artım gözlənilir: “Keçən il üçün bu rəqəm 56 min olmuşdu”.DİM sədri bildirib ki, bu il abituriyentlərə bir yox, iki şans veriləcək: “Gələcəkdə belə imkanlar ola bilsin artacaq. Yəni, ildə 2-3 dəfə belə imtahan şansı verə bilərik. Qəbul qaydaları hökumət tərəfindən təsdiqlənib”.M.Abbaszadə qeyd edib ki, bu il I və IV qrupa iki dəfə qəbul imtahanında iştirak edə bilər: “Birinci cəhddə imtahan haqqını dövlət ödəyəcək. İkinci cəhdi isə o özü ödəməli olacaq”.“İmtahana davamiyyətə gəlincə, keçən ilki imtahanlarda 8,4 faiz abituriyent imtahana ərizə verərək buraxılış vərəqi alsa da, imtahana gəlməmişdi. Müəyyən imtahanlarda isə göstəricilər bir az fərqli olmuşdu. Belə ki, texnikumlara (11 illik) ərizə verənlərdən 20 faiz abituriyent imtahana yazılsa da iştirak etməmişdi. IX siniflərdən texnikuma ərizə verən 15 faiz abituriyent gəlməmişdi” - deyə, DİM sədri əlavə edib.

 

Xəbər xətti