Sankt-Peterburqdan Bakıya uçuşların sayı arta bilər

11:16 - 28 Fevral 2017 - Xəbər

Rusiyanın "Uralskie avialinii" aviaşirkəti Sankt-Peterburqdan Bakıya reyslərin həyata keçirilməsi üçün icazə əldə edib. Ucnoqta.az trend-ə istinadən xəbər verir ki, icazə daşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyanın səsverməsindən sonra verilib. Məlumata görə, şirkət həftədə üç dəfə Sankt-Peterburq-Bakı uçuşlarını həyata keçirəcək. Qeyd edək ki, hazırda bu reys üzrə uçuşları "Rossiya" aviaşirkəti həftədə 7 dəfə həyata keçirir. Bununla da, yay uçuşları cədvəlinə uyğun olaraq Sankt-Peterburq-Bakı reysləri həftədə 10 dəfə baş tuta bilər.

Xəbər xətti