Müdafiə Nazirliyi: "Düşmən döyüş toqquşmasında itki verərək geri çəkilməyə məcbur edilib"

11:15 - 27 Fevral 2017 - ÖLKƏ İÇİ

Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib. Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.

Xəbər xətti