Türkiyənin baş naziri: "Xocalı qətliamı türk millətinin ümumi dərdidir"

11:05 - 27 Fevral 2017 - Xəbər

"Xocalı şəhərində erməni quldurlarının vəhşiliyinin qurbanı olmuş həmvətənlərimizin xatirəsini anıram". "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar "Twitter"dəki mikrobloquna yazıb. Yıldırım qeyd edib ki, 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı faciəsinin ağrısı müqayisəyə gəlməzdir. "Bu qətliam türk millətinin ümumi dərdidir", - deyə Türkiyənin baş naziri bildirib.

Xəbər xətti