Putin və Nazarbayev danışıqlar öncəsi xizək sürüb

11:02 - 27 Fevral 2017 - Xəbər

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Nursultan Nazarbayev Almatı yaxınlığında yerləşən kurort zonada xizək sürüblər. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib. Xizək sürmək mərasimi fevralın 27-də Almatıda keçiriləcək rəsmi görüş öncəsi baş tutub. Daha sonra Putin Tacikistan və Qırğızıstana yollanacaq.

Xəbər xətti