Düşmənin artilleriya atəşi nəticəsində hərbçimiz şəhid olub

16:51 - 22 Fevral 2017 - Xəbər

Fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Xəbər xətti