Dağüstü parkda 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib

11:05 - 22 Fevral 2017 - HADİSƏ

Bakıdakı Dağüstü parkda 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib. "Report"un xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, Dağüstü park ərazisində 1948-ci il təvəllüdlü Hüseynov Cahangir Kamil oğlu intihar etmək məqsədilə sirkə turşusu içib. O, parkda olan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. C.Hüseynov xəstəxanada ölüb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Xəbər xətti