Maşallah Əhmədov apellyasiya şikayəti verib

Dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov barəsində olan hökmdən apellyasiya şikayəti verib. Bunu "Report"a onun vəkili Samir Abdullayev bildirib. Vəkilin sözlərinə görə, apellyasiya şikayəti ötən gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. S.Abdullayev qeyd edib ki, müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə M.Əhmədova bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəzanın verilməsini istəyir. İşə yaxın günlərdə baxılacaq. Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib. Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb. Ötən il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb. Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
17 Fevral [12:01]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Ərəb turistin itmiş telefonu tapılaraq sahibinə qaytarılıb

İki yük maşını toqquşdu: 1 nəfər ölüb - Ucarda

Hadisə səhər saatlarında baş verib

Salyanda 5 yaşlı uşaq kanalda boğulub

Bakıda mənzildə meyit tapılıb

16 yaşlı qız dönərdən zəhərlənib

16 yaşlı qız dönərdən zəhərlənib

Milli yığmanı daşıyan təyyarə təcili eniş etdi

Hava gəmisi İrəvandan havaya qalxıb

Təlim zamanı tank buzun altına düşdü

Hadisə yerində xilasedicilər işləyir

Polis əməkdaşı həmkarına hücum etmiş şəxsi güllələyib

Asayiş keşikçisinin özünümüdafiə məqsədilə yalnız bir güllə atdığı bildirilir

Tovuzda mikroavtobus “JEEP”lə toqquşub

Bulvarda bir nəfər özünü dənizə atıb

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.