Gənc oğlan özünü ağacdan asdı - Ağcabədidə

10:08 - 16 Fevral 2017 - HADİSƏ

Ağcabədidə gənc oğlan özünü ağacdan asaraq öldürüb. "Report"un xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. Belə ki, həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü alça ağacından asaraq intihar edib. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Xəbər xətti