Bakıda kütləvi dava: bir nəfər bıçaqlanıb

11:15 - 13 Fevral 2017 - HADİSƏ

 Bakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb.Ucnoqta.az-ın "report"a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, Bakıxanov Ticarət Mərkəzində ("Razin talkuçka"sı kimi tanınır) 6 nəfər arasında dava düşüb. Dava zamanı 1995-ci il təvəllüdlü Poladov Məbud Ərəstun oğluna 3 bıçaq xəsarəti yetirilib. M.Poladov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti