Səkinə İsmayılova: "Özümü onun səviyyəsinə endirmək fikrim yoxdur"

16:14 - 8 Fevral 2017 - MAQAZİN

Xəbər verdiyimiz kimi, Xalq artist Canəli Əkbərovun Dövlət Televiziyasında keçiriləcək muğam müsabiqəsinin münsiflər heyətində əyləşən Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov, Səkinə İsmayılova, Mənsum İbrahimov haqqında söylədiyi fikirlər ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Publika.az-a danışan Səkinə İsmayılova Canəli Əkbərovun barəsində səsləndirdiyi fikirlərlə razılaşmadığını, onu Leyli roluna hazırlamadığını bildirib.
S.İsmayılova C.Əkbərovun danışdıqlarının reallığı əks etdirmədiyini vurğulayıb: "O, bizim muğam ustadıdımızdır, təəssüf ki, danışdıqları yalandır. Yaşına hörmət əlaməti olaraq ona cavab vermək istəmirəm. Sənətimiz göz qabağındadır, hər kəs kimin necə bir insan olduğunu yaxşı bilir. Haqqımda dedikləri məni maraqlandırmır, özümü onun səviyyəsinə endirmək fikrim yoxdur. O, danışığı ilə öz mənəviyyatını ortaya qoyub. Onu da qeyd edim ki, məni Leyli roluna Canəli Əkbərov yox, Gülxar Həsənova ilə Bəhram Mənsurov hazırlayıb".

Xəbər xətti