"Putini tanımıram, Rusiyada bizneslə məşğul olmuram"

16:51 - 7 Fevral 2017 - DÜNYA

Tramp Putin haqqında yazdı

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini tanımadığını və Rusiyada biznes fəaliyyəti göstərmədiyini bəyan edib.Trend-in məlumatına görə, D.Tramp "Tvitter"dəki səhifəsində yazıb:
"Mən Putini tanımıram, Rusiyada hər hansı bizneslə məşğul olmuram - düşmənlər dəli olur. Amma Obama terrorda nömrə bir olan İranla sövdələşmə bağlaya bilər - bu halda problem yoxdur".

Xəbər xətti