"Qarabağ"ın futbolçusu İspaniyada əməliyyat olunacaq

11:06 - 7 Fevral 2017 - İDMAN

Ağdamın "Qarabağ" klubunun AZAL ilə ölkə çempionatı qarşılaşmasında zədələnən futbolçusu Dani Kintana İspaniyada əməliyyat olunacaq. "Report" klubun saytına istinadən xəbər verir ki, futbolçu bu gün gecə saatlarında Priney ölkəsinə yollanacaq. Xaçvari (çarpaz) bağları qırılan Dani Kintananın ən az 6 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

Xəbər xətti