Ana səhifə
26 Aprel 2018

“CinemaPlus”da “Qan bahasına” Hollivud filminin Azərbaycan dilində nümayişi keçirilib VİDEO

Premium kinoteatr “Cinema Plus Azerbaijan”da Azərbaycan dilində dublyaj olunmuş “Qan bahasına” Hollivud filminin qapalı nümayişi təşkil olunmuşdur.  Film real hadisələr əsasında çəkilib, hansı ki, inanılmaz uğur əhvalatından, inadkarlıq və arzuya çatmaq istəyindən bəhs edir.   

“Qan bahasına” filmi 2017-ci ildə “Cinemazadeh” studiyasında dublyaj olunub. Dublyajın rejissoru Rövşən Məmmədli, baş redaktor Xətai Əli, prodüser Tural Əsədov, səs rejissoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcümə Xumar Quluzadə, Post-prodakşn supervayzer Vüqar İslamzadə.  
Filmin səsləndirilməsində Rövşən Məmmədli, Azər Aydəmir, əməkdar artist Kazım Abdullayev kimi aktyorlar iştirak etmişdir. 
Filmin rejissoru Ben Yanqer, icraçı prodüser isə məşhur Martin Skorsezedir. Baş rollarda: Maylz Teller, Aron Ekhar və Keti Saqal.
Film haqqında qısa məlumat: Vinni Patsiensta – boks üzrə məşhur çempionlardan biridir.  Cavan, parlaq,  dəlisov... Onu Pazman şeytanı adlandırırdılar.  Onun karyerası ən pikdə idi, lakin dəhşətli qəza bir anda bütün planları dağıdır. Həkimlər onun heç bir zaman gəzə bilməyəcəyini deyirdilər. Lakin Vinni heçnəyə baxmayaraq rinqə qayıtmaq qərarı verir.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

Tarix
6 Fevral 2017 [17:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ