Yaxta saxlanıldı – İçindən 1,4 ton kokain çıxdı

11:08 - 6 Fevral 2017 - HADİSƏ

Avstraliya hüquq-mühafizə orqanları xüsusi əməliyyat nəticəsində yaxtada 1,4 ton kokain aşkar ediblər. Ucnoqta.az apa-ya istinadən verdiyi xəbərə görə, hadisə ilə əlaqədar beşi Avstraliya vətəndaşı olmaqla, 6 nəfər tutulub. Onlara qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Qeyd olunur ki, bu, Avstraliyada bir əməliyyat çərçivəsində aşkar edilən ən böyük kokain partiyasıdır. Xüsusi əməliyyat Avstraliya federal polisi, sərhəd xidməti və Yeni Zelandiyanın gömrük xidməti tərəfindən həyata keçirilib. Əməliyyatın təfərrüatları hələ ki, açıqlanmır.

Xəbər xətti