Sabaha olan hava məlumatı açıqlanıb

13:05 - 5 Fevral 2017 - ÖLKƏ İÇİ

Sabah fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi  ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 0-3° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz   10-12° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.  Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.
 Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Xəbər xətti