Avtomobil ahıl kişini vurdu: sürücü qaçıb - Abşeronda

11:21 - 31 Yanvar 2017 - HADİSƏ

Abşeron rayonunda ahıl kişini avtomobil vuraraq ərazidən uzaqlaşıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Digah qəsəbəsində qeydə alınıb. Belə ki, 70 yaşlı Rüstəm İsgəndərov yolu keçmək istəyərkən onu naməlum markalı avtomobil vurub və ərazidən uzaqlaşıb. R.İsgəndərov bədən sümüklərinin bir neçə yerdən sınığı ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti