ABŞ-ın Ermənistandakı sabiq səfiri Viktoriya Nulandın yerinə təyin olunub

15:58 - 26 Yanvar 2017 - DÜNYA

ABŞ-nın Ermənistandakı sabiq səfiri Con Heffern ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səlahiyyətlərinin icraçısı  təyin edilib.APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu vəzifəni icra edən Viktoriya Nuland Dövlət Departamentini tərk edib.C. Heffern 2011-2014-cü illərdə ABŞ-nın Ermənistandakı səfiri vəzifəsində çalışıb. Bundan sonra o, dövlət katibinin Avropa və Avrasiya məsələləri  üzrə köməkçisinin müavininin köməkçisi olub. 

Xəbər xətti