Siyəzəndə 34 yaşlı qadın dəm qazından zəhərlənib

13:41 - 23 Yanvar 2017 - HADİSƏ

Siyəzən rayonunda dəm qazından zəhərlənmə olub.APA-nın verdiyi məlumata görə, rayon sakini, 1983-cü il təvəllüdlü Dadaşova Tacirə Şakir qızı dəm qazı zəhərlənməsi ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.İlkin tibbi yardımdan sonra o, evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti