Sankt-Peterburqun azərbaycanlı bıçaqlanıb

14:37 - 22 Yanvar 2017 - Xəbər

 Sankt-Peterburq polisi şəhərin Frunzen rayonu ərazisində baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparır. "Report" xəbər verir ki, yanvarın 21-də rayonun Sofiyski meyvə-tərəvəz bazasında Azərbaycandan olan şəxsə ciddi bıçaq xəsarətləri yetirilib. Qan içində olan 1978-ci il təvəllüdlü azərbaycanlını yoldan keçənlər görüblər və hadisə yerinə "təcili yardım" çağırılıb. Yaralı gecə saatlarında şok vəziyyətində Canelidze adına Elmi-Tədqiqat İnstitutuna çatdırılıb. Həkimlər miqrantın baş, boyun, döş və ayaq nahiyələrində kəsik yerləri aşkar ediblər. Mütəxəssislərin fikrincə, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.

Xəbər xətti