Məşhur Hollivud aktyoru ABŞ-dakı "Türk Hava Yolları"nın yeni siması olacaq

10:56 - 21 Yanvar 2017 - DÜNYA

 Hollivud aktyoru Morqan Friman ABŞ-dakı “Türk Hava Yolları”nın yeni siması olub. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda 79 yaşlı M. Friman şirkətin reklam çarxına çəkilir. Çarxın nümayişi “Superboul” kimi tanınan ABŞ-ın milli futbol liqası çempionatının final oyunu zamanı baş tutacaq. “Superboul” fevralın 5-də keçiriləcək.

Qeyd edək ki, “Türk Hava Yolları” Türkiyənin milli aviadaşıyıcısı olmaqla yanaşı, Avropanın ən böyük aviaşirkətlərindən biri sayılır.

Xəbər xətti