Antonio Tayani Avropa Parlamentinin sədri seçilib

11:20 - 18 Yanvar 2017 - Xəbər

İtaliyanın konservativ siyasətçisi Antonio Tayani Avropa Parlamentinin sədri seçilib. Bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, o, sonuncu turdakı səsvermədə qurumun rəhbəri seçilib. Tayani 351 səs, onun yeganə rəqibi Canni Pitella isə 282 səs toplayıb. Bu mənada rəqiblərin heç biri böyük əksəriyyətin səsini toplaya bilməyib. Qeyd edək ki, Avropa Xalq Partiyasının fraksiyasını təmsil edən deputat Antonio Tayani üçüncü turda 291 səs toplayaraq liderlik mövqeyini saxlamışdı.

Xəbər xətti