Dövlət Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” tamaşası hazırlanır

11:27 - 17 Yanvar 2017 - Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti tamaşanın hazırlıqlarına start verilib. Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, yeni tamaşa  teatrın aktrisası, Əməkdar Artist, Prezident təqaüdçüsü Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə  hazırlanır.  
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi “Vurğuna vurğun gəlin” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır. 

 Məlumat üçün bildirək ki, yeni səhnə əsəri yaxın günlərdə ADGTT-nın kiçik səhnəsində nümayiş etdiriləcək.  

 

 


                                                              

Xəbər xətti