Prezidentlə yeməyin qiyməti - 300 min dollar

18:39 - 16 Yanvar 2017 - MARAQLI

Andiçmə günü ABŞ prezidenti Donald Trampla şam etmək istəyən 300 min dollar ödəməlidir. ABŞ-ın yeni - 45-ci prezidenti Trampın səlahiyyətlərinin icrasına başlamasına 4 gün qaldı. Yanvarın 20-də andiçməsi olacaq ABŞ tarixinin ən qalmaqallı prezidentlərindən biri Ağ evə köçəcək.

İnaqurasiya həftənin 5-cü günü olacaq. Bu gün qeyri-iş günü olmasa da, tədbiri azı 2 milyon amerikalaının izləyəcəyi ehtimal edilir. Canlı yayımlanacaq Vaşinqtondakı mərasimi izləyənlərin sayı 100 milyodan çox olacaq.

Andiçmə günü ilk olaraq Tramp Kapitoliya meydanında andiçmə mətnini oxuyacaq, sonra isə bədii hissə - parad və bal başlayacaq.

Meydandakı tədbiri izləmək elə də çətin deyil. Bunun üçün çox mərhələli təhlükəsizlik səddini keçmək kifayətdir. Bala düşmək isə ödənişlidir. Bunun üçün qiyməti 60 dollardan başlayan biletləri almaq kifayətdir.

Artıq nəhəng reklam agentlikləri andiçmə paketi təklif etməyə başlayıblar. Paketin qiyməti 100 min dollardan başlayır. Bu paketə 3 təntənəli mərasimə qatılmaq daxildir. Ən bahalı paket isə 300 min dollardır. Bu isə yeni prezident Tramp və onun ətrafındakılarla şam yeməyinə zəmanət verir.

Xəbər xətti