Taylandda uşaq aviaşousunda qırıcı təyyarə qəzaya uğrayıb

11:27 - 14 Yanvar 2017 - DÜNYA

 Tayland Hərbi Hava Qüvvələrinin "JAS 39 Gripen" qırıcı təyyarəsi Milli Uşaqlar Günü münasibətilə keçirilən aviaşou zamanı qəzaya uğrayıb."Report" TASS-a istinadən xəbər verir ki, pilot ölüb, tamaşaçılardan xəsarət alan olmayıb.Hadisə yerli vaxtla saat 09:27-də ölkənin cənubundakı Sonqxla vilayətinin Hatyay şəhərində baş verib. Təyyarə yüksək pilotaj fiqurunu yerinə yetirən zaman yerli hava limanının eniş zolağına çırpılıb və partlayıb. Hava limanı bağlanıb, tamaşaçılar təxliyə edilib.Taylandın baş naziri Prayut Çan-Oça ölən pilotun ailəsinə başsağlığı verib. 

Xəbər xətti